
"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin zədə almasıdır. Oyunçu sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.
Xatırladaq ki, Soni Mustivar Haiti milli komandasının CONCAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-də və 10-da Kurasao yığması ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.