Yanvar
ayında "Qalatasaray” klubunun bir sıra futbolçularla yollarını ayırması gözlənilir.
Sportnet.az-ın məlumatına görə, Duyğun Yarsuvatın rəhbərliyi ilə 13 futbolçunun göndərilməsi planlaşdırılır.
8
futbolçusunu icarəyə verən "Qalatasaray”ın, 13 futbolçusu ilə də yollarını
ayırdıqdan sonra əlində 22 nəfərlik heyət qalacaq.
"Qalatasaray”dan gedəcəyi gözlənilən 13 futbolçu:
- Qoran Pandev – 32 yaşlı makedoniyalı futbolçu ilinə 2,4 milyon avro qazanır.
- Umut Gündoğan – İcarəyə veriləcək.
- Furkan Özçal – İcarəyə veriləcək.
- Emrecan Coşkun – İcarəyə veriləcək.
- Gökhan Zan – Mançinidən sonra Prandellinin də gözünə girməyən futbolçu ilə yolllar ayrılacaq.
- Veysəl Sarı – Səbrinin bağışlanmasından sonra tribunda oturmağa başlayan futbolçu ilə də yollar ayrılacaq.
- Birhan Vatansever – İcarəyə veriləcək.
- Aydın Yılmaz – Tez-tez zədəli olan Yılmaz da göndəriləcək futbolçular siyahısındadır.
- Eray İşcan – İcarəyə veriləcək.
- Endoğan Adili – İcarəyə veriləcək.
- Eboue – Heyətdən çıxarılma.
- Yiğit Gökoğlan - Heyətdən çıxarılma.
- Engin Baytar - Heyətdən çıxarılma.
"Qalatasaray” klubunun icarədə olan futbolçuları:
- Amrabat ("Malaqa”)
- Salih Dursun ("Trabzonspor”)
- Sercan Yıldırım ("Balıkəsirspor”)
- Ontivero ("Qaziantepspor”)
- Dani ("Qranada”)
- Berk Yıldız ("Elazığspor”)
- Berk İsmail Ünal ("Antalyaspor”)
- Oğuzhan Kayar ("Manisaspor”)