"Özünüz də gördünüz ki, ilk topu 1-ci hissənin son saniyəsində vurdular. İkinci hissədə planımız hücum etmək idi. Xüsusilə, cinahlarda sürəti artırmalıydıq. Ancaq başlayan kimi qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Bilirdik ki, gürcülər “ikinci mərtəbə”də güclüdürlər, standart vəziyyətlərdə yaxşı oynayırlar. Onların daha bir üstünlüyü sürətli əks-hücumlardır. Buna baxmayaraq, hesabda geri olduğumuza görə, irəli atılmalı idik. Bu da müdafiədə azalmağımızı şərtləndirdi. Nəticədə, 2 dəfə əks-hücumda yaxalandıq. Zənnimcə, belə diskomfortun səbəbi çoxsaylı sarı vərəqələr idi. Hesab edirəm ki, Hacıağaya göstərilən ilk sarı vərəqə düzgün deyildi". Sportnet.az xəbər verir ki, bu fikirləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç Gürcüstana uduzduqları (0:3) AVRO-2021-in seçmə oyunundan sonra mətbuat konfransında deyib. 42 yaşlı mütəxəssis bildirib ki, futbolçular öz klublarında elə də çox oynamırlar: "Bu aqressiyaya görə onlara ancaq təşəkkur edə bilərəm. Çünki bu, Azərbaycan, bu forma, bu vətən uğrunda döyüşmək üçün böyük istəkdən irəli gəlir. Futbolçularımız ardıcıl ikinci qələbəni bayram erməyi çox istəyirdilər. Bugünkü görüşün 2-ci hissəsində istəkli idik. Amma azlıqda qalmağımız öz sözünü dedi. Məqsədimiz hər oyunda futbol oynamaq və rəqibdən ən azı 1 top artıq vurmaqdı. Dərin təhlildən sonra daha ətraflı danışa bilərəm. Bütün hallarda daha çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |