"Neftçi” Premyer Liqanın 7-ci turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığına başlayıb.
Sportnet.az xəbər verir ki, "Qəbələ” ilə görüşdən sonra birgünlük fasiləyə buraxılmış komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, oktyabrın 5-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 19:15-də başlanacaq.