
"Barselona" klubunun
keçmiş prezidenti Xosep Luis Nunes həbs edilib. Sportnet.az-ın məlumatına görə,
o, rüşvət verməkdə təqsirləndirilib və 2 il 2 ay müddətinə azadlıqdan məhrum
olunub.
Nuneslə yanaşı onun oğlu da həbs
edilib. Nunes həbsxanaya aparılan zaman "Barselona" nümayəndələrindən
heç kəs onun yanında olmayıb. Klub nümayəndələri məhkəmənin qərarına hörmət
etdiklərini bildiriblər.
Qeyd edək ki, 83 yaşlı Nunes 1996-2000-ci illərdə "Barselona"nın prezidenti vəzifəsində çalışıb.