
Xəbər
verdiyimiz kimi dünən İtaliya-Xorvatiya matçında yaşananlarla bağlı oyun bir
neçə dəqiqəlik dayandırılmışdı. Sportnet.az-ın məlumatına görə, baş verən hadisə
ilə bağlı 17 nəfər nəzarətə götürülüb.
Belə
ki, dünən keçirilən qarşılaşmada xorvatiyalı azarkeşlər tribunalardan meydana
yandırıcı maddələr ataraq oyunun iki dəfə dayandırılmasına səbəb olmuşdular. Lakin
matç bir neçə dəqiqə aradan sonra yenidən davam etdirilmişdi. Hadisə ilə bağlı
17 nəfər nəzarətə götürülüb.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç baş verən hadisəyə görə üzr istəmişdi.