"Qarabağ"ın futbolçusu Mahir Emreli zədələnib.
Sportnet.az xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın VII turunda "Sabah"la matçın ilk hissəsində xəsarət alıb. Forvardın yerinə meydana 36-cı dəqiqədə Abdullah Zubir daxil olub.
Qeyd edək ki, hazırda ilk hissə oynanılır və "Qarabağ" 1:0 hesabı ilə öndədir. Mahir Emreli Bəhreyn ilə yoldaşlıq matçı və Macarıstanla AVRO-2020-nin seçmə oyunu üçün Azərbaycan millisinə cəlb olunub.