
“Karyeramda ən çətin oyunumu keçirdiyimi deməzdim. Ən böyük səhvimiz axmaq qollar buraxmağımız oldu. Bu, bizə yaraşmır”.
Sportnet.az xəbər verir ki, bunu Macarıstan yığmasının futbolçusu Villi Orban AVRO-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiya kollektivinə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Almaniyanın “Leyptsiq” komandasının formasını geyinən 27 yaşlı müdafiəçi oktybarın 13-də evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri görüşün onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İndi vəziyyətdən çıxmaq üçün yaxşı hazırlaşmalı və Azərbaycan millisini məğlub etməliyik”.
Qeyd edək ki, “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.