"Barselona"nın keçmiş prezidenti Xoan Laporta 2016-cı
ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcək. Sportnet.az-ın məlumatına görə, o, qalib gələcəyi
təqdirdə baş məşqçi postuna kimi gətirəcəyini də açıqlayıb.
Belə ki, ispaniyalı futbol funksioneri bu şəxsin klubun hazırki
kapitanı Xavi Hernandes olacağını bildirib.
Qeyd edək ki, La Liqa nəhənginin hazırki prezidenti Xosep Mariya Bartomeudu. O, Sandro Roselin Neymarın transferi ilə bağlı qalmaqalından sonra bu vəzifəyə gəlib. Roseldən əvvəlki president isə məhz Laporta idi.