"Arsenal"ın baş məşqçisi Arsen Venger
"Barselona"nın futbolçusu Lionel Messihaqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına
görə, Venger futbolçunun yeni mövqeyində oynamaqdan məmnun olmadığını düşünür.
Təcrübəli mütəxəssis argentinalı
hücumçunun cinahlarda oynadığı üçün qol az vurduğunu vurğulayıb: "Ronaldonun
qol vurması Messini əsəbiləşdirir. Suares mərkəzdə oynadığı üçün o, cinahda
oynamağa başladı. Messi isə cinahda oynamağı sevmir. Bu mövqedə oynayan zaman
onun qol vurmaq şansı daha az olur".
Venger onu da bildirib ki, Messini istəmədəyi mövqedə oynaması "Barselona"nın gücünü zəiflədir.