
"Oyuna yaxşı hazırlaşmışdıq. Hazırlıq vaxtı futbolçulara ilk sözümüz o olmuşdu ki, "Zirə"nin əvvəlki əzmini qaytarmalıyıq. Uşaqlar bu gün xarakter göstərdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın IX turunda "Sabah"la səfərdə 2:2 hesablı heç-heçədən sonra deyib.
38 yaşlı mütəxəssis bildirib ki, qolları mübarizəsiz buraxdıqları üçün təəssüflənir: "Qapımızı 3 zərbə gəldi, 2-i qol oldu. İlk hissə ilə müqayisədə, fasilədən sonra meydanda tam fərqli "Zirə" oldu. Buna görə oyunçulara təşəkkür edirəm".
Həşimov 2 qol vuran 21 yaşlı NNicat Süleymanovla matçdan əvvəl fərdi söhbətinin olduğunu bildirib: "Sevindirici haldır ki, sözlərimdən nəticə çıxarıb. Bu gün də iki qol vurdu, yaxşı təsir bağışladı. Onun çıxışı məni çox sevindiridi".
O, iki qol buraxan Orxan Sadıqlıya da sona qədər dəstək verəcəklərini bildirib.