Amerika
Futbol Liqasında (NFL) mübarizə aparan "Minnesota Vikinqs” klubunda oynayan Adrian
Peterson futboldan uzaqlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, buna
səbəb onun öz uşağını döyməsdir.
"Minnesota Vikinqs” klubunun oyunçusu 4 yaşındakı oğlunu döydüyü üçün NFL rəhbərliyi tərəfindən 1 il idmandan uzaqlaşdırılma cəzası alıb. Qurumun rəsmi saytından verilən açıqlamada məhkəmə tərəfindən 4 min dollar pul və 80 saat ictimai xidmət cəzası, həmçinin valideyinlik dərsi alması şərti ilə gətirilən Petersonun mövsümün sonuna kimi idmandan uzaqlaşdırıldığı bildirilib. Həmçinin Petersonun cəza müddətində maaşının kəsiləcəyi, oyunçunun vəziyyətinin yaxşılığa doğru dəyişməyindən asılı olaraq, cəzasının uzadılıb-uzadılmayacağına qərar verilib.