"3 xal üçün köklənmişdik. Xal hesabını artırmaq istəyirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
48 yaşlı mütəxəssis külək və yağışlı hava şəraitinin oyuna mənfi təsir etdiyini bildirib. Onun fikrincə, səfərdə qazanılan xal komandasının xeyrinə olacaq: "Belə havada futbol adına gözəllik görmədik. Rəqib bizdən istəkli idi. Amma səfərdə qazandığımız 1 xal bizim xeyrimizə olacaq. Növbəti turda "Neftçi"yə qarşı daha ağır oyunumuz olacaq. İkinci hissədə daha mübariz idik. Rəqibə heç bir şans vermədik".