
Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 43-cü dəqiqədə "Qəbələ"nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra "Sabah" iki qol vurub. 54-cü dəqiqədə Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.
Bu, X turda heç-heçə ilə yekunlaşmayan yeganə oyun olub. "Sabah" səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. "Qəbələ" isə 6 xalla sonuncudur.
Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" - "Qarabağ"la, "Səbail" "Keşlə" ilə 0:0, "Zirə" "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.
---------------------
Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına, günün ilk matçında "Zirə" "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.
Görüşdə ilk qol 3-cü dəqiqədə vurulub. "Zirə"nin heyətində Mfo Kqasvane fərqlənib. Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib. "Sumqayıt" ilk hissənin sonlarında üstün oyun sərgiləsə də, hesabda önə keçə bilməyib. Birinci yarı bu hesabla yekunlaşıb - 1:1.
Fasilədən sonra da komandalar hərəyə bir qol vurublar. 58-ci dəqiqədə paytaxt təmsilçisinin yeni transferi Riçard Qadze "Zirə"ni yenidən hesabda önə keçirib. 82-ci dəqiqədə isə "Sumqayıt"dan Əmir Ağayev bərabərlik qolunun müəllifi olub.
Bu nəticədən sonra "Zirə" 10-cu xalını qazanaraq, 6-cı yerdə qalıb. "Sumqayıt" isə 11 xalla 5-cidir.
Qeyd edək ki, X tura bu gün keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq. Turun ilk 2 matçında qapılara qol vurulmayıb. "Neftçi" - "Qarabağ" və "Səbail" - "Keşlə" oyunlarında hesab açılmayıb - 0:0.
--------+--------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında X turun son 2 oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu dəfə turnir cədvəlinin aşağı "4-lüy"ündəki komandalar üz-üzə gələcək.
Əvvəlcə gənc referi Səbuhi Bayramovun idarəçiliyi ilə "Zirə" - "Sumqayıt" qarşılaşması təşkil olunacaq. Qeyri-sabit oyun sərgiləyən komandalardan hansı qələbə qazansa, 11 xalı olan "Səbail"i də arxada qoyaraq, 4-cü pilləyə yüksələcək. Heç-heçə təqdirində isə onlar əvvəlki mövqelərində qalacaqlar. Hazırda "Sumqayıt" 10 xalla 5-ci, "Zirə" 9 xalla 6-cıdır.
Bu, iki komandanın çempionatda 18-ci qarşılaşması olacaq. Əvvəlki matçların 10-da "Zirə", 4-də "Sumqayıt" qələbə qazanıb, 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də qəsəbə təmsilçisi öndədir - 23:13. “Zirə” son 4 görüşdə qalib gəldiyi halda. “Sumqayıt” səfərdə 5 matçdır bunu bacarmır.
Tura Qəbələ şəhər stadionunda eyniadlı komanda və "Sabah" arasındakı görüşlə yekun vurulacaq. Hazırda 6 xalla sonuncu yerdə gedən "Qəbələ" özündən bir xal öndəki rəqibindən elə bir pillə geri qalır. "Qırmızı-qaralar" bu mövsüm yeganə qələbəni ilk dövrədə məhz "Sabah" üzərində qazanıb - 1:0.
Bu, iki komandanın 6-cı qarşılaşması olacaq. Əvvəlki görüşlərin 3-də “Qəbələ”, 1-də “Sabah” qalib gəlib, daha 1 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbəti 4:2
əyalət təmsilçisinin xeyrinədir. “Qəbələ” 4 oyundur uduzmur və 3 matçdır qol buraxmır. “Sabah” isə səfərdə qalib gəlməyib.
Azərbaycan Premyer Liqası, X tur
15:00. “Zirə” – “Sumqayıt” - 2:2
Zirə İdman Kompleksinin stadionu, 500 tamaşaçı
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Adrian Skarlatake, 27 (qeyri-idman hərəkəti); Mfo Kqasvane, 44 (qeyri-idman hərəkəti); İlkin Muradov, 45+3 (qeyri-idman hərəkəti); Riçard Qadze, 49 (hakimin qərarına etiraz); Soni Norde, 74 (qeyri-idman hərəkəti) - Vüqar Mustafayev, 15 (qeyri-idman hərəkəti); Camaladdin Xocaniyazov, 33(qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Mfo Kqasvane, 3; Riçard Qadze, 57 - Peyman Babayi, 28 (p.); Əmir Ağayev, 81
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 5 dəq.
“Zirə”: 1. Orxan Sadıqlı 8. İlkin Muradov 88. Tellur Mütəllimov 7. Cavid Hüseynov (k) (14. Bəxtiyar Həsənalızadə, 46) 27. Adrian Skarlatake (25. Miloş Bakraç, 53) 23. Mfo Kqasvane 5. Anastasios Papazoqlu 11. Soni Norde 6. Alvaro Ampuero 43. Riçard Qadze (18. Xulio Sezar Rodrigez, 73) 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç 10. Elvin Məmmədov 17. Robin Nqalande 99. Rafael Məhərrəmli 64. Kənan Cəfərov
Baş məşqçi: Zaur Həşimov
“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Vurğun Hüseynov (k) 46. Aleksey İsayev (28. Səbuhi Abdullazadə, 87) 4. Şəhriyar Əliyev 22. Sərtan Taşqın (18. Süleyman Əhmədov, 68) 6. Vüqar Mustafayev 90. Rəhim Sadıxov (9. Amil Yunanov, 71) 10. Əmir Ağayev 8. Peyman Babayi 5. Camaladdin Xocaniyazov 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 12. Nicat Mehbalıyev 2. Rail Məlikov 7. Ehtiram Şahverdiyev 11. Elgün Nəbiyev 50. İlqar Qurbanov 20. Rüfət Abdullazadə 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov
17:00. “Qəbələ” – “Sabah” - 1:2
Qəbələ şəhər stadionu, 350 tamaşaçı
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Cavid İmamverdiyev, 5 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 78 (qeyri-idman hərəkəti); Məqsəd İsayev, 84 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 90+5 (oyunun bərpasını ləngitdiyinə görə)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: İqor Ponomaryov, 67 (hakimin qərarına etiraz)
Qollar: Davit Volkov, 43 - Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Qəbələ”: 1. Anar Nəzirov (k) 8. Qismət Alıyev 11. Asif Məmmədov 7. Roman Hüseynov (19. Rövlan Muradov, 85) 74. Yusif Nəbiyev 9. Davit Volkov 3. İvitsa Zuniç 10. Klesio Bauk 77. Merab Giqauri 21. Fernan Lopez (14. Ülvi İsgəndərov, 83) 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 36. Elməddin Sultanov 28. Murad Musayev 4. Sadiq Quliyev 20. Faiq Hacıyev
Baş məşqçi: Azər Bağırov
“Sabah”: 1. Saşa Stamenkoviç (k) 22. Məqsəd İsayev (6. Vadim Abdullayev, 90+2) 10. Cavid İmamverdiyev 17. Məhəmməd Mirzəbəyov 4. Bəhlul Mustafazadə 13. Filip İvanoviç 23. Amadu Diallo 27. Hendrik Ekşteyn 9. Ulise Diallo (21. Rocer Roxas, 90+4) 26. Ozan Can Kökcü (5. Kərim Diniyev, 81) 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk 99. Abbas Ağazadə 20. Anar Panayev 38. Arsen Ağcabəyov
Baş məşqçi: Rövşən Babayev
Qeyd edək ki, turun ilk 2 matçında qapılara qol vurulmayıb. "Neftçi" - "Qarabağ" və "Səbail" - "Keşlə" oyunlarında hesab açılmayıb - 0:0.