UEFAİntizam Komitəsi Çempionlar
Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Borussiya" -
"Qalatasaray" oyununda baş verən xoşagəlməz hadisələrlə bağlı
qərarını açıqlayıb. Sportnet.az-ın Türkiyə mətuatına istinadən verdiyi
məlumata görə, İK İstanbul təmsilçisini 70 min avro məbləğində
cəzalandırıb.
Buna "Cim Bom"un azarkeşlərinin
"Siqnal İduna Park"da baş tutan oyun zamanı meydançaya yad əşyalar və
fişənglər atması səbəb olub. "Qalatasaray"ın fanatlarının bu
davranışı səbəbindən qarşıdakı ev matçında azarkeşsiz oynama ilə
cəzalandırılacağı gözlənilsə də, UEFA yalnız pul cəriməsi ilə kifayətlənib.
Qeyd edək ki, "Borussiya" - "Qalatasaray" oyunu 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.