"Keşlə" klubunun futbolçusu Con Kamara Syerra-Leone millisinə dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Liqasının seçmə mərhələsində Lesoto və Benin yığmaları ilə oyunlar üçün komandaya çağırılıb.
Qeyd edək ki, Syerra-Leonenin Lesoto komandası ilə görüşü noyabrın 11-də, Beninlə matçı isə noyabrın 19-da baş tutacaq.