Avro-2016-nın
qrup mərhələsində millimizin rəqibi olan İtaliyayığmasının baş məşqçisi Antonio Konte hazırda "Liverpul”da çıxış edən Mario
Balotelli haqda tənqidi fikirlər səsıəndirib. Sportnet.az-ın məlumatına görə, o qeyd
edib ki, Balotellinin millidəki bundan sonrakı taleyi onun özündən asılıdır.
Konte 24 yaşlı hücumçunun xarakterində problem olduğunu söyləyib: "Mən əmin
deyiləm ki, bu günə qədər Balotellinin xasiyyətini düzəldə bilməyən böyük
məşqçilərdən güclüyəm. Odur ki, Balotelliyə
tərbiyə verməyə vaxtım yoxdur. Hər şey onun özündən asılıdır. Futbolçular mənim
tələblərimi bilir. Balotelli o tələbləri yerinə yetirsə, milliyə yenidən
çağırılacaq”.
Xatırladaq ki, Antonio Konte milliyə baş məşqçi təyin olduqdan sonra ilk dəfə Xorvatiya və Albaniya ilə oyunlar üçün Balotelliyə dəvət göndərmişdi. Amma futbolçu zədələndiyi üçün millinin düşərgəsindən göndərilmişdi.