"Bavariya”nın müdafiəçisi Filip Lam bu gün
əməliyyat olunub. Sportnet.az-ın məlumatına görə, əməliyyat uğurla keçib.
Bu barədə klubun rəsmi saytı məlumat verib. 31
yaşlı almaniyalı məşq zamanı ayaq topuğundan zədə almışdı. Lamın bir neçə gün
xəstəxanada qalacağı bildirilir. Daha sonra o reabilitasiyadan keçəcək.
Bu mövsüm Almaniya çempionatında 11 oyun keçirən futbolçu 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında 4 oyuna çıxan Lam 1 məhsuldar ötürmə edib.