AVRO-2020-nin seçmə mərhələsində Portuqaliya millisinin Litva yığmasını evdə 6:0 hesabı ilə məğlub etdiyi oyunda 3 qol vuran Kriştianu Ronaldu karyerasında 55-ci het-trikinə imza atıb.
Sportnet.az xəbər verir ki, bu, 34 yaşlı hücumçunun yığmada 9-cu het-triki olub. O, 46 dəfə klub forması ilə 1 matçda 3 qol vurub.
Argentina millisinin və İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messinin hesabında isə 52 het-trik var.
Qeyd edək ki, hazırda İtaliyanın “Yuventus” komandasında çıxış edən Ronaldu indiyə qədər 705 qol vurub.