
“Neftçi”nin futbolçuları Soni Mustivar və Donald Gerye Haiti milli komandasının heyətində növbəti oyunu keçiriblər.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki oyunçu KONKAKAF Milli Liqasının Kosta Rika – Haiti matçının start heyətində meydana çıxıb. Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər - 1:1.
Qeyd edək ki, Soni Mustivar Haiti milli komandasının heyətində 19 oyunda 2, Donald Gerye isə 47 oyunda 11 qol vurub.