Slovakiya və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə matçının 10-cu dəqiqəsində insident baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin kapitanı Marek Hamşikin sərt oyununu qonaq komandanın futbolçusu Eddi İsrafilov cavabsız qoymayıb. İsrafilov Hamşikə sərt etirazını bildirərək, ona barmaq silkələyib. Tərəfləri ukraynalı referi Sergey Boyko sakitləşdirib. O, hər iki oyunçuya xəbərdarlıq edib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.