
"Bu matça fərdi hazırlaşmışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəsək də, bacarmadıq".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssisin sözlərinə görə, komandalar arasında səviyyə fərqi aşkar görünür: "Stabilliyi qoruya bilmirik. Bu da təcrübəli futbolçuların azlığından gəlir. Meydanda aciz olduğumuzu deməzdim. Rəqibin ustalıq səviyyəsi üstün idi, qol epizodların dəyərləndirdilər. Bizdə isə alınmadı".
Baxşiyev sponsor məsələsinə də toxunub: "Biz üzərimizə düşəni edirik. Sponsor işi bizə aid deyil. "Qəbələ"nin yaşayacağına inanıram".