İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının başa çatmış mövsümünün "ən yaxşı oyunçu"su seçilib.
Sportnet.az xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliyalı hücumçuya təqdim edilib.
Ronaldu ötən mövsüm iştirak etdiyi 31 oyunda 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, ötən gün "Qızıl top"un təqdimatı mərasimində iştirak etməyib. Portuqaliyalı forvard bu mükafat uğrunda mübarizədə üçüncü yeri tutub.
İtaliyada mövsümün ən yaxşı komandası turnir cədvəlində üçüncü yer tutmuş "Atalanta" seçilib. Komandanya rəhbərlik edən Can Pyero Qasperini "ən yaxşı məşqçi" mükafatına layiq görülüb.
Canluka Rokki isə ən yaxşı hakim sayılıb.