Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası bəlli olub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “11-lik”də “Neftçi”nin 5, “Zirə”nin 4, “Qarabağ”ın isə 2 futbolçusu yer alıb.
Qapıçı: Səlahət Ağayev – 260 (“Neftçi”)-2
Müdafiəçilər: Ailton Silva - 298 (“Qarabağ”)-4, Anton Krivotsyuk – 331 (“Neftçi”)-3, Adrin Skarlatake - 298 (“Zirə”)-3, Tural Axundov - 253 (“Neftçi”)
Yarımmüdafiəçilər: Nicat Süleymanov– 315 (“Zirə”), Elvin Camalov - 300 (“Zirə”), Emin Mahmudov - 296 (“Neftçi”), Dani Kintana – 332 (“Qarabağ”)-4
Hücumçular: Xulio Sezar Rodrigez - 287 (“Zirə”)-4, Stiven Monroz - 277 (“Neftçi”)-5
Turun ən yaxşı oyunçusu isə Kintana olub.
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.