Türkiyə I Liqasında X turun oyunları start götürüb. Sportnet.az-ın məlumatına görə,
təmsilçilərimizdən ilk olaraq Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka” meydana
çıxıb.
Komanda doğma
azarkeşlər önündə "Bucaspor”u qəbul edib. İzmir derbisi "Karşıyaka"nın qələbəsi ilə yekunlaşıb - 1:0. Şükürov 90 dəqiqəni əvəzlənmədən keçirib.
Cavid İmamverdiyevin
şərəfini qoruduğu "Elazığspor” "Altınordu”nu qəbul edib. İmamverdiyevin komandası bu oyunda qələbə qazanıb - 2:1. Start heyətində mübarizəyə başlayan həmyerlimiz 83-cü dəqiqədə əvəz olunub.
Təmsilçilərimizin
şərəfini qoruduğu digər iki komanda – "Qaziantep BB” və "Manisaspor” bu turda
qarşı-qarşıya gəliblər. Qonşu pillələrdə qərarlaşan Vaqif Cavadovun və Branimir Subaşiçin komandalarından ikincilər qalib ayrılıb - 0:2. Təmsilçilərimizdən Vaqif Cavadov və Ufuk Budak "Qaziantep BB"-nin heyətində, Branimir Subaşiç isə "Manisaspor"un heyətində ilk dəqiqələrdən meydana çıxıb. Cavadov və Subaşiç sonradan əvəzləniblər.
Komandasının
düşərgəsinə gec qatıldığı üçün ehtiyat heyətə göndərilən Rail Məlikovun şərəfini
qoruduğu "Dənizlispor” bu turda "Antalyaspor” səfərində büdrəyib - 2:1.
Türkiyə PTT I Liqa
22 noyabr
20:30. "Karşıyaka”
– "Bucaspor” - 1:0
Qol: Can Erdem, 61-penalti ilə
23 noyabr
15:30. "Elazığspor”
– "Altınordu” - 2:1
Qollar: Yıldırım, 67. Çakır, 72 - Türkdoğan, 89
15:30. "Qaziantep
BB” – "Manisaspor” - 0:2
Qollar: Barış, 31. Dmitrov, 80
17:00. "Antalyaspor”
– "Denizlispor” - 2:1
Qollar: Aygünəş, 2; Diarra, 44 - Genkov, 65