Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov Almaniyanın "Pröyssen" klubunun Hollandiyaya təlim-məşq toplanışına yollanan heyətindən kənarda qalıb.
Sportnet.az-ın məlumatına görə, səbəb 28 yaşlı hücumçunun üzvləşdiyi çətinliklərdir. Dadaşov əvvəlcə soyuqladığı üçün məşqlərə qatılmayıb. İndi isə o, baldırındakı problemlərlə mübarizə aparır.
Qeyd edək ki, qısamüddətli toplanış Hollandiyanın Delden şəhərində təşkil olunub.