Çempionlar Liqasının V turunda Portuqaliyanın "Sportinq" və Sloveniyanın "Maribor" klubları arasındakı görüşdə uzunmüddətli fasilə yaranıb. Sportnet.az-ın məlumatına görə, bu, Lissabondakı "Joze Alvalade" stadionunda işıqlandırmanın zəifliyindən irəli gəlib.
İkinci hissənin əvvəlində problem yaranarkən, Sportinq" 2:1 hesabı ilə öndə olub. Sonradan problem yoluna qoyulub və hazırda görüş davam edir.