Rusiyanın "Krılya Sovetov" klubu İraq millisinin futbolçusu Səfa Hadini almağa yaxındır.
Sportnet.az-ın "İQ-Pro" nəşrinə istinadən məlumatına görə, Samara təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə təklif göndərib. Daha əvvəl Hadi ilə "Zenit"in də maraqlandığı xəbəri yayılıb. Bu, Sankt-Peterburq komandasının iranlı hücumçusu Sərdar Azmunun onu tanıması və rəhbərliyə təklif etməsi ilə əlaqələndirilib.
Qeyd edək ki, Səfa Hadi bu mövsüm 8 oyuna 1 qol vurub.