
UEFA
Çempionlar Liqasının 5-ci turunda "Qalatasaray” "Anderlext”in qonağı olacaq. Sportnet.az-ın
məlumatına görə, Belçika klubunun baş məşqçisi Besnik Hasi çox çətin
qarşılaşmanın keçəcəyini bildirib.
Oyundan
öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran
Hasi "Qalatasaray”ı yaralı bir heyvana bənzətdiyini bildirib: "Qalatasaray”
yaralı heyvan kimidi. Heç də asan oyunun olacağını gözləmirik. Bu böyük bir xəta
olar”.
Baş məşqçi
onlar üçün yalnız qələbənin vacib olduğunu qeyd edib: "Biz qrupdakı sıralamanı
deyil, bu görüşdəki qələbəni düşünürük. "Borussiya” ilə oyunda məğlubiyyəti
düzgün sayıram, ancaq digər qarşılaşmalarda daha çox xal toplamalı idik. Gənc və
cəsur komandamız var”.
Qeyd edək ki, "Anderlext” – "Qalatasaray” matçı bu gün saat 23:45–də başlayacaq.