Türkiyəli məşqçi Abdullah Avcı futbol üzrə Azərbaycan milli komandasında işləmək niyyətində deyil.
Sportnet.az "TRT Spor"a istinadən xəbər verir ki, AFFA 57 yaşlı mütəxəssisə təklif göndərsə də, tərəflər arasında görüş baş tutmayıb. Bildirilib ki, türkiyəli məşqçinin planlarına milli komandada işləmək daxil deyil.
Abdullah Avcının Azərbaycan millisindən rəsmi təklif gələcəyi təqdirdə imtina edəcəyi vurğulanıb.
Qeyd edək ki, Abdullah Avcı son olaraq ölkəsinin "Beşiktaş" komandasına rəhbərlik edib.