"Qəbələ" və "Neftçi" komandaları arasında 52-ci duel Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edəcək.
Sportnet.az xəbəe verir ki, rəqiblər Qəbələ şəhər stadionunda baş tutacaq matça qədər 51 dəfə üz-üzə gəliblır. Bu qarşılaşmalarda 17 qələbə qazanan “qırmızı-qaralar” 12 heç-heçə edib və 22 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən əyalət futbolçuları 71 qol buraxıb.
Premyer Liqa çərçivəsində 47-ci duel öncəsi üstünlük paytaxt təmsilçisinin tərəfindədir. “Qəbələ” əvvəlki 46 oyunda 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 21 dəfə uduzub. 58 qola imza atan komanda 65 top buraxıb.
“Qəbələ” 26-cı dəfə öz meydanında “Neftçi”ni qonaq edəcək. Əvvəlki 25 görüşdə region komandası 8 dəfə qalib gəlib. 5 heç-heçə edən meydan sahibləri 12 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda hər iki komanda 34 qol vurub.