
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun anası Dolores Aveyrunun səhhətində problem yaranıb.
Sportnet.az-ın "JM Madeira"ya istinadən verdiyi məlumata görə, 65 yaşlı qadın ötən gecə insult keçirərək, təcili xəstəxanaya çatdırılıb.
Həkimlərin təcili müdaxiləsi nəticəsində xəstəliyin ağır nəticəsinin qarşısı alınıb. Əks halda, bu, nitqin çətinləşməsi və ifliçlə nəticələnə bilərdi.
Hazırda futbolçunun anası həkim nəzarəti altındadır.