Fransanın "Marsel" klubunda futbolçulara koronavirusla bağlı bəzi qadağalar qoyulub.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli mətbuata açıqlamasında komandanın futbolçusu Valer Jermen deyib.
30 yaşlı hücumçunun sözlərinə görə, klubun tibbi personalı oyunçulara matç vaxtı əl sıxmaq və qucaqlaşmağı qadağan edib: "Bu gün "Amyen"ə qol vursaq, bunu müəyyən məsafədən qeyd etmək üçün variant icad etməliyik".
Qeyd edək ki, Liqa 1-də turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Marsel" bu gün XXVIII tur çərçivəsində evdə "Amyen" klubu ilə qarşılaşacaq.