"Qəbələ" və "Sumqayıt" komandaları tarixdə 32-ci dəfə üz-üzə gələcəklər.
Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasında XX turun ilk oyun gününə təsadüf edəcək.
Əvvəlki matçlarda “Qəbələ” 18 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub. Rəqib qapısından 49 top keçirən “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda yubiley – 50-ci qola imza ata bilər. Komanda “Sumqayıt”la görüşlərdə 24 qol buraxıb. Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.
“Qırmızı-qaralar” Sumqayıtın eyniadlı təmsilçisi ilə 30 dəfə çempionat, 1 dəfə kubokda görüşüb. Premyer Liqada 17 qələbəsi olan “Qəbələ” 9 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən əyalət komandasının futbolçuları 24 qol buraxıb.
16-cı dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanındakı 15 oyunun 11-də qələbə qazanıb. 3 heç-heçə edən meydan sahibləri 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 26:9.
Qeyd edək ki, martın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.