
Davit Volkov “Zirə”nin heyətində qol hesabını açıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı legioner yeni komandasında ilk qolunu Azərbaycan Premyer Liqasında XX turun “Səbail”lə səfər matçında vurub. 3:1 hesablı qələbədə pay sahibi olan Volkov klub tarixinə qol sevinci yaşayan 64-cü oyunçu kimi düşüb.
O, Premyer Liqada “Zirə” forması ilə fərqlənən 42-ci futbolçu olub. Volkov “qartallar”ın heyətində yüksək dəstədə qol sevinci yaşayan ilk gürcüstanlıdır. Ona qədər Premyer Liqada 17 ölkədən22 legioner fərqlənib. Gürcüstan bu siyahıda 18-ci, Volkov isə 23-cü olub.
Komandada Fransa və Serbiyadan hərəyə 3, Paraqvay 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, İspaniya, Malavi, Mali, Moldova, Monteneqro, Nigeriya, Qana, Rumıniya, Salvador, Trinidad və Tobaqodan hərəyə 1 futbolçu qol vurub.