21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə – Azərbaycan oyunu təxirə salınıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.
Qeyd edək ki, qarşılaşma martın 26-a nəzərdə tutulmuşdu.