"Palmali" Şirkətlər Qrupunun quruçusu və "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mubariz Mənsimov Türkiyədə saxlanılıb.
Sportnet.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Mənsimov İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində səhər saatlarında İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyinin əməkdaşları tərəfindən göz altına alınıb. Şübhəli şəxs kimi tutulan iş adamının ev ünvanında axtarış aparılıb.
Onun Baş Prokurorluqda aparılan FETÖ istintaqı çərçivəsində evində saxlanıldığı bildirilir.