Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç İsveçin
kral və kraliçası ilə nahar yeməyini buraxmalı olacaq. Sportnet.az-ın
məlumatına görə, futbolçu dekabrın 2-də Fransaya səfər edəcək İveç kral ailəsi
ilə nahara dəvət olunmuşdur.
İbrahimoviçi bu nahara Fransa prezidenti Fransua Olland dəvət etmişdir. Lakin futbolçu bir gün sonra komandasının Fransa 1-ci Liasının XVI turu çərçivəsində səfərdə "Lill” ilə görüşü səbəbindən bu dəvəti qəbul etməyib.