
FİFA-nın
bayrağı altında AFFA-nın təşkilatçılığı ilə Sumqayıtda "Kapital Bank Arena”da
"Live Your Goals” ("Öz məqsədlərini yaşat”) festivalı keçirilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə FİFA-nın "Live
Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçusu Hop Povell iştirak
edib.
Əvvəlcə "Live Your Goals” festival ilə bağlı mətbuat
konfransı təşkil olunub. Hop Povell və U-17 qızlar yığmasının üzvü Sanay
Fətullayeva jurnalistlərin suallarını cavablandırıb, festivalla bağlı
fikirlərini bildiriblər. Daha sonra festivalın açılış mərasimi olub. Hop
Povell, sumqayıtlı futbol veteranı Telman Salahov, Sumqayıt şəhər Gənclər və
İdman İdarəsinin rəisi müavini Mübariz Bəşirov, beynəlxalq dərəcəli hakim,
"Sumqayıt” FK-nun Müşahidə Şurasının üzvü Abdulla Məmmədov çıxış edərək
festival iştirakçılarına uğurlar azrulayıblar. "Sumqayıt” FK adından Hop
Povellə klubun 50 nömrəli forması təqdim olunub.
Tədbirdə Face Art və hədiyyəli yarışlar
keçirilib, top çiləmə yarışında fərqlənən uşaqlara hədiyyələr verilib,
tamaşaçılar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə
ediblər. Festivalda 8-15 yaş arası 83 qız iştirak edib. Sonda U-19 qızlar
yığmasının baş məşqçisi Patrisia Qonzalez və Hop Povell festivalda iştirak edən
qızlara sertifikatlar təqdim ediblər.
Qeyd edək ki, layihənin həyata
keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların
futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin
yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.


