Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə yalnız iki komanda öz meydanında uduzmayıb.
Sportnet.az məlumatına görə, bunlar turnir cədvəlinin liderləri “Qarabağ”la “Neftçi”dir.
Paytaxt təmsilçisi evdə ən çox xal toplayan komandadır. Lakin “ağ-qaralar” Ağdam təmsilçisi ilə müqayisədə bir oyun çox keçirib. Paytaxt təmsilçisi evdə ən çox qol vurmaq, əyalət klubu ən az top buraxmaqla diqqət çəkir.
Öz meydanında 3-cü göstərici “Keşlə”yə məxsusdur. Evdə ən az xal toplayan komanda “Sabah”dır. Lakin hesabında 8 xal olan paytaxt klubu geri qaldığı “Səbail” və “Qəbələ”dən bir oyun az keçirib.
1. | Neftçi | 11 | 6 | 5 | 0 | 21 - 7 | 23 |
2. | Qarabağ | 10 | 6 | 4 | 0 | 14 - 3 | 22 |
3. | Keşlə | 10 | 5 | 1 | 4 | 14 – 10 | 16 |
4. | Zirə | 10 | 4 | 3 | 3 | 16 – 17 | 15 |
5. | Sumqayıt | 10 | 3 | 3 | 4 | 12 – 16 | 12 |
6. | Qəbələ | 10 | 3 | 1 | 6 | 14 – 16 | 10 |
7. | Səbail | 10 | 2 | 3 | 5 | 7 – 15 | 9 |
8. | Sabah | 9 | 2 | 2 | 5 | 9 – 12 | 8 |