Ukrayna milli komandasının sabiq futbolçusu Aleksandr Əliyev seks üçün qadınlara pul ödəməsindən danışıb.
Sportnet.az-ın məlumatına görə, əslən azərbaycanlı yarımmüdafiəçi əh bahalı cinsi əlaqənin ona 1 000 dollara başa gəldiyini etiraf edib. Əliyev bu qədər pulu həm Ukraynada Kiyev "Dinamo"su, həm də Rusiyada Moskva "Lokomotiv"ində çıxış etdiyi vaxt xərclədiyini vurğulayıb: "Pulla seks olub, gizlətmirəm. Ən bahalısı isə 1 000 dollara. Bu, həm Rusiyada, həm də Ukraynada olub".
O, əhval-ruhiyyəsinin yaxşı olmadığı vaxt Moskvadakı "Eqoist" gecə klubuna getdiyini də bildirib: "Ora təkcə seks üçün yox, oturub ünsiyyətdə olmağa da gedirdik. Bir çox futbolçu və hokkeyçinin toplaşdığı məkan idi. Həmin vaxt həyat yoldaşım var idi. Gecə klubundan qadınları hara apara bilərdim? Kimlərinsə görmələri və söz-söhbətlərin başlamaları üçünmü? Nəyimə lazım?"