Futbol üzrə İspaniya La Liqasında XIII turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı futbolçu
Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda
səfərdə "Sevilya" ilə qarşılaşıb. Oyun 5:1 hesabıyla meydan
sahiblərinin xeyrinə başa çatıb. İsrafilov qarşılaşmanın iştirak ərizəsində yer
almayıb.
Qeyd edək ki, "Qranada" hazırda 11 xalla 16-cı yerdə qərarlaşıb.