"Azərbaycan milli komandasında baş məşqçi məsələsi ilə bağlı hər hansı yenilik yoxdur".
Bunu Sportnet.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla italiyalı mütəxəssis Eusebio Di Françeskonun yığmada baş məşqçi postuna namizəd olmasına münasibət bildirərkən deyib.
Federasiya rəsmisi nəinki Di Françesko, heç bir namizədlə bağlı yeniliyin olmadığını vurğulayıb.
Qeyd edək ki, Türkiyənin "Fotospor" nəşri Eusebio Di Françeskonun Azərbaycan millisindən təklif aldığını yazıb.