Rusiya prezidenti Vladimir Putin
DÇ-2018-in hazırlıqları haqqında danışıb. Sportnet.az-ın məlumatına görə, o,
inşaat işləri zamanı türk mühəndislərin əməyindən istifadə edilə biləcəyini
qeyd edib.
Putin açıqlamasında Türkiyə şirkətlərinin
təcrübəsindən yararlanmaq istədiklərini bildirib: "Biz güman edirik ki,
Türkiyə şirkətlərinin təcrübəsindən idman qurğularının və infrastrukturun
hazırlığında istifadə ediləcək. Türkiyə inşaat şirkətləri 20 ildən artıqdı ki,
Rusiyada uğurla çalışır. Bu bizim 2018-ci ildə dünya çempionatını daha yaxşı
təşkil etməyimizə kömək edəcək".
Qeyed edək ki, Putin bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra qeyd edib.