Gəncə şəhərindəki 24 saylı tam orta məktəbdə AFFA-nın U-11
Liqasının 2013/2014-cü il mövsümünün bombardiri, "Gəncə" komandasının
üzvü Ümid Səmədovun mükafatlandırılma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə,AFFA-nın
bombardir üçün nəzərdə tutduğu hədiyyələri veteran futbolçu Müzəffər Qasımov
təqdim edib.
43 qol vurmaqla U-11 Liqasının ən məhsuldar oyunçusu olmuş Ümid Səmədov tədbirin təşkilinə görə AFFA-ya minnətdarlığnı bildirib.