Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının bərpası ilə bağlı yeni variant müzakirə olunur.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, çempionatın mayın 2-də deyil, 9-da yenidən başlayacağı gözlənilir.
İddiaya görə, matçların demək olar ki, azarkeşsiz keçirilməsi gündəmdədir. Oyun vaxtı stadiona cəmi 126 nəfər buraxılacaq ki, bunlar da texniki və tibbi personal, 4 topdaşıyan uşaq, təhlükəsizlik xidmətinin əməkdaşları, klubların nümayəndələri və 30 jurnalist olacaq.
Məlumatda II Bundesliqanın mayın 16-da bərpa oluna biləcəyi də vurğulanıb.
Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları martın 13-də dayandırılıb.