Şimali Koreya lideri Kim Yonq "Barselona”nın
ulduz futbolçusu Lionel Messini ölkəsinə dəvət etmək fikrindədi. Sportnet.az-ın
məlumatına görə, ölkənin paytaxtı Pyonqyanqda açılan yeniyetmə futbolçular üçün
məktəbin yetirmələri Messini görmək istəyirlər.
Kim
Yonqun dəstəyi ilə açılan futbol məktəbində yaşı 9-11 arası 200 oğlan və qız uşaqları
təhsil alır. Onların çoxusunun hədəfi isə Messidir.
Şimali
Koreyanın Asiya Futbol Konfederasiyası İcra Komitəsində təmsil edən Han Un-Qyonq
Messini öz ölkələrinə dəvət etmək istədiklərini bildirb: "Messini ölkəmizə dəvət
etmək istəyirik. Çünki, uşaqlarımızın çoxu onu çox sevir. Pyonqyanqdakı futbol
məktəbinə getdiyimdə uşaqlar ən çox Messini görmək istədiklərini bildirdilər. Həqiqətən
Şimali Koreyada Messi sevgisi çox böyükdür. İnternetdən Messinin videolarını
izləyirlər, onun haqqında kitablar oxuyurlar”.
Ölkəsində futbolu hər kəsin sevdiyini, bir çox çempionatların izlənildiyini qeyd edən Han Un-Qyonq, Şimali Koreya lideri Kim Yonqun da futbolu sevdiyini və Messini ölkələrinə dəvət etmək istədiyini bildirib.