İngiltərə millisinin və "Çelsi" klubunun sabiq qapıçısı Peter Bonetti dünyasını dəyişib.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş qolkiper 78 yaşında vəfat edib.
Qeyd edək ki, Peter Bonetti "Çelsi"nin heyətində 729 matçda meydanda olub. Bu isə klub tarixinə ikinci göstəricidir.
Bonetti 1966-cı ildə İngiltərə yığması ilə dünya çempionatında qızıl medal qazanıb.