İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Canluka Vialli xərçəngdən sağalıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 56 yaşlı keçmiş hücumçu "Daily Mail"ə açıqlamasında bildirib.
O, hazırda yaxşı olduğunu və dekabrda iki dövrədən ibarət 17 aylıq kimya terapiya kursunu başa vurduğunu söyləyib: "Yoxlanışlardan sonra xəstəliyin əlamətləri görsənmir. Bir çoxları ilə müqayisədə şanslıyam".
Qeyd edək ki, Canluka Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, İngiltərədə "Çelsi"nin də formasını geyinib.