Almaniya "Bavariya"sı futbolçusu Alfonso Devislə müqaviləni uzadıb.
Sportnet.az-ın Münhen təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kanadalı yarımmüdafiəçi ilə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub. İmzalama mərasimində hamı maska geyinmələri ilə diqqət çəkib.
Devis bu komandaya 2018-ci ildə Kanadanın "Vankuver Uaytkeps" klubundan keçib. 19 yaşlı futbolçu cari mövsüm 21 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
#Davies2025 ✌????✌???? pic.twitter.com/2tFcFNnr4z
— FC Bayern English (@FCBayernEN) April 20, 2020